ABŞ-da dəriyə oxşar elastik rəngli ekran yaradılıb
Mərkəzi Florida Universitetinin tədqiqatçıları tamamilə əyilən rəngli elektron ekran hazırlayıb. Alimlər bildirib ki, rəngini bir anda dəyişən xamelyonun dərisi onlara ilham verib.
"ICTnews" elektron xəbər xidməti “bbc.co.uk” saytına istinadən bildirir ki, yaradıcılar iddia edir ki, texnologiya rəngini ani dəyişə bilən həm ordu kamuflyajı, həm də adi geyimin hazırlanmasında istifadə edilə bilər. Bundan başqa, yeni ixtiranın köməyi ilə elektron kitabların oxunması üçün aşağı enerji sərfiyyatına malik qurğular yaratmaq mümkün olacaq.
Alimlərdən ibarət komanda artıq texnologiyanın sonrakı hazırlanması üçün 300 min dollar məbləğində qrant alıblar.
Professor Debaşis Çanda bildirib ki, texnologiya hələ ki kommersiya istifadəsi üçün əlçatmazdır, çünki hələ bəzi təkmilləşdirmələr tələb edir.
Professor Çanda iddia edir ki, ekranın işləməsi üçün lazımi gərginliyin aşağı səviyyəsi onun tətbiqini tamamilə təhlükəsiz edir. Kiçik tutumlu batareya rəngli displeyin işləməsi üçün kifayətdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL