waplog

“Apple” qurğularının istifadəçilərinə 90 ölkədə vahid rouminq xidmətləri təqdim ediləcək


“Apple SİM” xəritəsi  ilə təchiz edilmiş “Apple” qurğularının istifadəçilərinə vahid rouminq  xidmətləri təqdim ediləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, məlumatların ötürülməsi üçün vahid rouminq xidmətlərindən “GIGSKY” tərəfdaş şirkəti vasitəsi ilə dünyanın 90 ölkəsində    istifadə etmək mümkün olacaq.
 
Bu günədək rouminq xidmətləri yalnız ABŞ-da və Böyük Britaniyada təqdim edilirdisə, artıq Avropa, Asiya-Sakit okean regionu, Afrika, Cənubi Amerika və digər ölkələrdə də tətbiq ediləcək.
“Apple SİM” xəritələri Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya, İsveç, İsveçrə, Türkiyə, İngiltərə və ABŞ-da satılır. 
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL