Saymon Kleq:"İlk Avropa Oyunları RYTN-in əməkdaşlarının töhfəsi olmadan öz məqsədlərinə çata bilməzdi"
Rabitə və yüksək texnologiyalar naziri
cənab Əli Abbasova
Artıq ilk uğurlu Avropa Oyunlarının yekunlaşdığı bir mərhələdə biz bir komanda olaraq hansı nailiyyətlər əldə etməyimizdən məmnunluq duymalıyıq.
Bildiyiniz kimi, minlərlə azərbaycanlı, dünya ölkələrindən gələn insanlar, minlərlə könüllülər Azərbaycanın və Avropanın tarixini yazdılar.
"Bakı 2015" ilk Avropa Oyunlarının möhtəşəm uğurlarında əlbəttə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının da böyük əməyi və dəstəyi vardır, onlar bu möhtəşəm tarixin yazılmasında fəal iştirak etmişlər. İlk Avropa Oyunları Sizin şəxsi dəstəyiniz və nazirliyin
əməkdaşlarının töhfəsi olmadan öz məqsədlərinə çata bilməzdi.
Bu gün Sizi gördüyüm üçün çox məmnunam və fəxri diploma görə minnətdarlığımı bildirirəm. Həmin bu hədiyyə mənə Sizin və nazirliyinizin BEGOC-a Avropa Oyunlarının uğurla təşkil olunmasında əvəzsiz dəstəyini daim xatırladacaqdır.
Sizə gələcək işlərinizdə uğurlar diləyirəm, Sizə şəxsi dəstəyinizə və dostluğunuza görə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, gələcəkdə bizim yollarımız yenidən kəsişəcək.
Saymon Kleq
Avropa Oyunları Əməliyyat Komitəsinin
Əməliyyatlar üzrə baş direktoru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL