waplog

İsveç NATO-nun Kibermühafizə Mərkəzinin tərəfdaşı olacaq


İsveç NATO-nun Kibermühafizə Mərkəzi (Estoniya) tərəfdaşı olmaq haqda qərar qəbul edib.
 
 
"İsveçin iştirakı Baltik regionunda kibertəhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirəcək. Mərkəzin direktoru polkovnik Artur Suzik bildirib ki, İsveçin texniki ekspertləri mərkəz tərəfindən təşkil edilmiş və  real vaxt rejimində keçirilən dünyanın “Locked Shields” adlı ən böyük kibermühafizə təliminə  töhfə verib" – hökumət nümayəndəsi əlavə edib.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, İsveç krallığının müdafiə nazirinin müavini Yan Salestrand bildirib ki, İsveç regionda və bütün dünyada kibertəhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verməyi ümid edir.
 
Avstriya, Çexiya, Estoniya, Fransa, Almaniya, Macarıstan, ABŞ, İtaliya, Latviya, Litva, Slovakiya, Polşa, Niderland, İspaniya və Böyük Britaniya sözügedən mərkəzin üzvü və sponsorudur.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL