2017-ci ilədək Hindistan dünyanın ikinci ən böyük smartfon bazarı olacaq
Yaxın gələcəkdə ABŞ-ın texnologiya sahəsində hökmranlıq erası sona çatacaq.
“Strategy Analytics”in analitikləri yeni hesabatda artıq 2017-ci ilədək Hindistanın dünyada ikinci ən böyük smartfon bazarı olacağını proqnozlaşdırıb. Mütəxəssislərin fikrincə, Çin daimi lider olacaq, ABŞ isə üçüncü mövqedə qərarlaşacaq.
"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, Hindistanda smartfon bazarının belə artımı internetin kütləvi yayılmasının nəticəsidir. 2014-cü ildə Hindistanda 243 milyon internet istifadəçisi qeydə alınıb və bu göstərici üzrə üçüncü olub. 279,8 milyon internet istifadəçisinə malik ABŞ ikinci pillədə qərarlaşıb. Amma yaxın illərdə bu vəziyyət xeyli dəyişəcək, çünki ABŞ-da əhalinin 86 faizi mobil internetdən istifadə edir, Hindistanda bu göstərici yalnız 19 faizdir.
Nəticədə sahibkarlar və bütün investorlar Şərqə – Çin və Hindistana meyil göstərir.
Qlobal smartfon bazarı üzrə ümumi göstəricilərə gəlincə, hesabata əsasən, 2017-ci ildə qlobal smartfon satışının həcmi 1.667 milyard təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL