Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək
Azərbaycanda “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Elmin İnkişafı Fondunun təşkilatçılığı və AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi-təşkilati dəstəyi ilə bu ayın 6-8 tarixlərində düzənlənəcək konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan olan tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.
Konfransın 2 iş günü Bakı şəhərində, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq.
Elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Əlavə məlumatla konfransın internet səhifəsində tanış olmaq olar.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL