waplog

Avropa Birliyində şəbəkə bitərəfliyi haqda qanunun prinsipləri ləğv edilə bilər


Avropada ikisəviyyəli internet yaradıla bilər və bu zaman şəbəkə bitərəfliyi haqda qanunun prinsipləri qüvvədə olmayacaq, yaxud şəbəkə bitərəfliyi haqda qanunun prinsipləri internetin bütün seqmentlərində qüvvədə olmayacaq.

Dünən Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası bu haqda razılığa gəlib.
Üçtərəfli dialoq nəticəsində faktiki olaraq iki səviyyədə internetin yaradılması haqda qərar hazırlanıb. Sənəddə "açıq internet" adlandırılmış birinci səviyyə bütün məzmun və proqram tədarükçülərinin son istifadəçilərə azad və bərabər çıxışına zəmanət verəcək. "Bu çıxış növü internet provayderlərin ayrı-ayrı kommersiya maraqları və arzularından asılı olmayacaq" – sənəddə yazılıb.


"ICTnews" elektron xəbər xidməti “telekomza.ru” saytına istinadən bildirir ki, ancaq "açıq internet"lə yanaşı, həminki fiziki infrastrukturda ixtisaslaşdırılmış xidmətlər də yaradılacaq. İnternet televiziyası belə ixtisaslaşdırılmış xidmətə nümunə kimi göstərilir.


"Avropa Birliyinin şəbəkə bitərəfliyi üzrə yeni qaydaları açıq internetə zəmanət verir, ixtisaslaşdırılmış və ya innovasiya xidmətləri göstərməyə bir şərtlə imkan verir ki, onlar açıq internetə çıxışa zərər vurmur".


Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL