İnformasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi ilə bağlı anket sorğusunu cavablandıran qurumların sayı 20-yə çatıb
Məlum olduğu kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin sentyabr ayından dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqini keçirməyi planlaşdırır.
Bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə mərkəz tərəfindən mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq 36 dövlət qurumuna göndərilib.
Artıq 20 dövlət qurumu informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandırıb.
Anket sorğusunu cavablandıran qurumlar Fövqəladə Hallar, Gənclər və İdman, İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə Sənayesi nazirlikləri, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Statistika, Qiymətli Kağızlar, Diasporla İş, Şəhərsalma və Arxitektura, Əmlak Məsələləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələri, Dövlət Miqrasiya Xidməti, “Azərsu” ASC və “Azərenerji” ASC olub.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL