waplog

“Panasonic” şirkəti orta səviyyəli “P55 Novo” smartfonunu təqdim edib


Yaponiyanın “Panasonic” elektronika istehsalçısı orta səviyyəli “P55 Novo” smartfonunu təqdim edib.


"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Panasonic P55 Novo” modeli 1,4 QHs takt tezlikli səkkiznüvəli prosessor, 1 QB əməli və 8 QB daxili yaddaş (“microSD” slotu quraşdırılıb) və iki kamera (üçqat “LED” işıqlandırıcı və 1920x1080 nöqtə təsvir ölçülü video çəkilişi funksiyasına malik 13 meqapiksellik əsas və 5 meqapiksellik ön) ilə təchiz edilib.

5,3 düymlük “IPS” ekranının təsvir ölçüsü 1280x720 piksel təşkil edir. “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.0”, “GPS” və “3G HSPA+” simsiz kommunikasiya vasitələri mövcuddur.

Qurğunun fiziki ölçüləri 147,9x73,8x8,15 mm-dir. Akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir. Aparata “Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb. Smartfona “SİM” kart üçün iki slot və infraqırmızı port quraşdırılıb.

“Panasonic P55 Novo” modeli artıq 150 dollara satışa çıxarılıb. Yeni qurğu yalnız Hindistanda satılır.


Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL