waplog

Yaponiya şirkəti süni insan sifəti üzərində işləyir


Yaponiyanın “Real-f Co.” şirkəti gələcəkdə plastik cərrahiyyədə istifadə edilə biləcək süni insan sifətinin yaradılması texnologiyası üzərində iş aparır. Hazırkı mərhələdə şirkət mütəxəssisləri tərəfindən bu və ya digər insan sifətinin silikondan hazırlanan dəqiq sürətlərinin istehsalı işə salınıb.
 
Bildirilir ki, əvvəlcə xüsusi skaner vasitəsilə sifətin dəridə boşluqları və qan damarlarını dəqiqliklə göstərməyə imkan verən geniş maketi yaradılır. Sonra “3D” printerdə maket dərc edilərək onun əsasında silikondan maska hazırlanır. Belə modelin hazırlanması üçün iki həftədən iki ayadək vaxt tələb olunur. Xidmət haqqı 300 min yen (2,4 min dollar) təşkil edir.
 
“Güman edirəm, bu texnikanın tibb sahəsində böyük gələcəyi var. Mən buna ehtiyacı olanlara kömək etmək istəyirəm”, - şirkət prezidenti deyib. Onun sözlərinə görə, şirkətin ünvanına həm tədqiqatçılardan və alimlərdən, həm də plastik əməliyyatlara ehtiyacı olan insanlardan çoxlu müraciətlər daxil olur. Odur ki, şirkətin yaxın planlarına “3D” maketin daha təhlükəsiz materiallara köçürülməsinin öyrənilməsi daxildir. Texnologiyaya avtomatik üzün tanınması sisteminin yaradılması ilə məşğul olan proqramçılar da maraq göstərir. 
 
Şirkətin böyük planlarının olmasına baxmayaraq hazırda onun müştəriləri əsasən reklam agentlikləri və əyləncə tədbirləri təşkilatçılarıdır. Lakin ötən ilin noyabrında Səudiyyə Ərəbistanının tikinti şirkətlərindən biri şahzadə ailəsi üzvlərinin sifətlərinin surətini hazırlamağı sifariş edib, - “TASS” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL