waplog

Süni intellektin sürətli inkişafı alimləri narahat edir


Süni intellektin çox sürətli inkişafı müasir dövrün bir sıra alim və İT sahibkarlarında bəşəriyyətin gələcəyi barədə narahatçılıq yaradır.
 
 
Elon Mask bu günlərdə süni intellektin təhlükəsizliyi üzrə "Future of Life Institute" tədqiqatına 7 milyon dollar məbləğində kömək edib. 2014-cü ildə "Tesla", "PayPal" və "SpaceX" şirkətlərinin yaradıcısı  artıq bu məqsəd üçün 10 milyon dollar xərcləyib və "ağıllı" kompüter sistemlərinə nəzarət üzrə 300-dən çox tədqiqat layihəsi arasında 37 ən perspektivli layihəni seçib.

Milyarder süni intellektin çox sürətli inkişafı ilə bağlı narahatçılığını heç vaxt gizlətməyib. Bel ki, o, ötənilki müsahibəsində bildirib ki, bu texnologiya nüvə silahından da daha təhlükəli ola bilər və insanlar bu gün süni ağlın inkişaf potensialını qiymətləndirmirlər.
 
 



 


"Microsoft"un həmtəsisçisi Bill Qeyts Elon Maskın mövqeyi ilə tamamilə razılaşır. 2015-ci ilin yanvarında "Reddit" istifadəçiləri ilə onlayn çatda söhbət zamanı bildirib ki, bəşəriyyət süni intellektin texnologiyalarının inkişafından narahat olmalıdır.
 
O bildirib ki, artıq yaxın gələcəkdə insan işinin böyük hissəsini robotlar görəcək. Qeyts bu prosesə müsbət yanaşır, amma "ağıllı" kompüterlər üzərində nəzarətə ehtiyac olduğunu vurğulayır.
 
"Ancaq bir neçə onillikdən sonra süni intellekt narahatçılıq yaratmamaq üçün kifayət qədər güclü olacaq. Mən Elon Mask və başqaları ilə bu məsələdə razıyam və bəzi insanların nə üçün narahatçılıq keçirmədiyini başa düşmürəm" – Qeyts deyib.
 
Süni intellektin çox sürətli inkişafından məşhur astrofizik Stiven Xokinq də narahatçılıq keçirir. Bu yaxınlarda "BBC"-yə müsahibəsində alim bildirib ki, süni intellekt bəşəriyyətin mövcudluğunu məhv edə bilər.
 
Londonda keçirilmiş "Zeitgeist 2015" konfransında Xokinq deyib ki, süni intellekt artıq yaxın 100 ildə insan ağlını üstələyəcək.
 
Emil Hüseynov
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL