waplog

İyunda rabitə xidmətlərinə görə borcun olmaması barədə 1011 arayış elektron qaydada əldə olunub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi daha bir elektron xidmət üzrə statistikanı təqdim edib.
 
İyun ayı ərzində istifadəçilər “Elektron hökumət” portalı vasitəsilə “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış” elektron xidmətindən 1011 dəfə faydalanıblar.
 
Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcunun olmaması barədə məlumat öz əksini tapır. Arayış təqdim olunacaq təşkilat elektron arayışda əks olunan QR-kod və ştrix kod vasitəsi ilə sənədin həqiqiliyini yoxlaya bilər.
 
CAHANGİR



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL