Robotların üsyanı
Bəşəriyyət və robotlar arasında qarşıdurma son həddə çatıb. Almaniyanın Baunatal şəhərində “Volkswagen” zavodunun işçisi ilk qurban olub.
Robot-qatil
Ayzek Azimov tərəfindən "Xorovod" hekayəsində robot texnikasının birinci qanununda deyilir: "Robot insana ziyan vurmaz". Lakin Almaniyanın Kassel şəhərinin yanında “Volkswagen” zavodunda insan nəzarətini itirmiş robot tərəfindən öldürülüb.
“Volkswagen” zavodunun mətbuat katibi Xeyko Xilviqa deyib ki, bu faciə insan səhvi nəticəsində baş verib. Məsələ ondadır ki, işçi maşının sazlanması zamanı təhlükəsizlik qaydalarına əməl etməyərək metal qəfəsin daxilində olub. Onun qəfəsdən kənarda dayanan kolleqası isə zərər görməyib.
Qeyd edək ki, “Volkswagen” zavodunda baş vermiş hadisə insanın robot tərəfindən öldürülməsi ilə bağlı yeganə hadisə deyil. Belə hadisə ilk dəfə 1979-cu ildə “Ford” şirkətinin zavodunda da qeydə alınıb. O zaman bu hadisə müəssisədə təhlükəsizlik qaydalarının pozulması ilə izah edilib və həlak olmuş şəxsin ailəsinə kompensasiya ödənilib.
Dronlar cavab zərbəsi endirir
Son zamanlar yalnız sənaye robotları insan həyatına qəsd etmir. Belə ki, 2013-cü ilin avqustunda Virciniyada öküz yarışını ziyarət edənlər pilotsuz uçan təyyarənin hücumunu gözləmirdi.
Sonra məlum olub ki, aparat beş tamaşaçını zədələyib. Dronun şəklini çəkmək istəyən gənc isə xüsusilə ağır zədə almışdı.
Tozsoran belə təhlükəlidir
Cənubi Koreyada isə insanlara ilk baxışdan ziyansız robot-tozsoranlar hücum edirlər. 2015-ci ilin fevralında aparat döşəmənın üzərində uzanmış ev sahibəsinin saçını özünə tərəf çəkməyə başlayıb. Zərərçəkmiş güclə əlini telefona çatdıraraq xilasetmə xidmətinin nömrəsini yığıb və xilas olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL