waplog

Türkiyədə elektron ticarət sahəsində sabit artım qeydə alınıb


2014-cü ildə Türkiyədə elektron ticarətin həcmi 6,34 milyard avro təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 35 faiz yüksəkdir.
 
 
“TUBISAD” şirkətinin tədqiqatına görə, hazırda Türkiyədə elektron ticarət ölkənin pərakəndə ticarətinin 1.6 faizini təşkil edir.
 
 
"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, Türkiyədə elektron ticarət ölkənin pərakəndə ticarətinin 1.6 faizini təşkil etməsinə baxmayaraq, inkişaf etmiş ölkələrdə bu göstərici təxminən 6,5 faiz təşkil edir.
 
Bundan başqa, Türkiyədə son zamanlar mobil ödənişlərin həcminin artımı qeydə alınıb. Tədqiqata əsasən, türklər aviabilet satan saytlarda 2,28 milyard avro xərcləyib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL