waplog

Mədəniyyət və Turizm Nazirliyinin tətbiq etdiyi inzibati cərimələr “ASAN ödəniş” sistemi ilə ödəniləcək


Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunma Qaydaları”nda dəyişiklik edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliyə əsasən, qaydalara 1.3-cü bənd əlavə olunub.
 
Bundan sonra, Mədəniyyət və Turizm Nazirliyi inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə göndərəcək.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL