Dünyanın ən böyük atlası Sidneydə nümayiş olunacaq
Dünyanın ən böyük coğrafi atlası Avstraliyanın dövlət kitabxanasında nümayiş ediləcək. 2012-ci ildə Avstraliya nəşriyyatı tərəfindən nəşr edilən və “Platin Yer kürəsi” adlanan kitabın ümumilikdə 31 nüsxəsi çap edilib. Onlardan biri Avstraliyada saxlanılır.
Atlasın hündürlüyü 1 m 80 sm, açılmış vəziyyətdə eni 2 m 70 sm təşkil edir. Nəhəng kitabın çəkisi 150 kq, qiyməti 100 min dollardır.
“Platin Yer kürəsi” atlasında planetin bütün qitələrinin və ölkələrinin coğrafi xəritələri ətraflı təsvir edilib. Xəritələrdə həmçinin əhəmiyyətli tarixi hadisələrin baş verdiyi yerlər göstərilib. Kitabda peyklərdən alınan yüksəkkeyfiyyətli fotoşəkillər dərc olunub. Çoxlu fotoşəkildən hazırlanan kollajlar da maraq doğurur.
Atlasın yaradılması üzərində dünyanın 100 mütəxəssisi 4 il çalışıb. “Platin Yer kürəsi” yaradılmamışdan əvvəl dünyanın ən böyük atlası XVII əsrdə İngiltərə hökmdarına hədiyyə etmək üçün hazırlanan “Klencke Atlas” hesab olunub.
“Platin Yer kürəsi” atlası kitabxanada bir ay nümayiş olunduqdan sonra saxlanıldığı yerə qaytarılacaq, - "Newsland www.newsland.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL