Onlayn sığortanın həcmi artıb
Azərbaycanda onlayn sığorta xidmətlərindən istifadə edənlərin sayı artıb. Ölkədə internet istifadəçilərinin çoxalması və nağdsız ödənişlərin təşviq edilməsi sığorta proseslərinin də “beynəlxalq hörümçək toru” üzərindən həyata keçirməyə marağı böyüdüb.
“ICTnews” elektron xəbər xidməti bildirir ki, ötən illərlə müqayisədə onlayn sığorta xidmətlərindən yararlanan insanların sayında bir neçə dəfə artım qeydə alınıb. Ölkədə ən böyük sığorta şirkətlərindən biri olan “Atəşğah”dan verilən məlumata görə, onlayn sığortadan əldə edilən yığımlar şirkətin büdcəsində əhəmiyyətli yer almağa başlayıb.
Bununla yanaşı, bu ilin birinci yarısında “hesab.az”-da icbari və səyahət sığortasını əldə edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 faiz artıb.
Qeyd edək ki, “hesab.az” portalında qeydiyyatdan keçən istifadəçilər icbari və səyahət sığorta polislərini ev və ofislərdən çıxmadan əldə edə bilərlər. Portalda yaradılan tam avtomatlaşdırılmış modul vasitəsi ilə istənilən bank kartının sahibi cəmi 3-4 dəqiqədə sığortanın dəyərini hesablayıb ödəyir. Alınan sığorta polislərinin müştəriyə çatdırılması 24 saat ərzində təmin edilir. Bakı və Sumqayıt şəhərləri üzrə çatdırılma pulsuzdur.
Səyahət sığorta polisləri isə 1 saat ərzində müştərinin poçt ünvanına göndərilir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL