waplog

Britaniya şirkəti təhlükəsiz “Türinq” smartfonlarının satış tarixini açıqlayıb


Cari ilin aprelində Britaniyanın "Turing Robotic Industries" şirkəti dinləmədən qorunmuş "Turing Phone" smartfonunu təqdim edib. Bir neçə ay sonra şirkətin nümayəndəsi bildirib ki, iyulun 31-də qurğunun ilkin sifarişlərinin qəbuluna başlayacaq.
 
 
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, sözügedən smartfon üç modifikasiyada satılacaq: 16 Qb fləş yaddaşa malik modelin qiyməti 610 dollar, 64 Qb yaddaşa malik versiyanın qiyməti 740 dollar, 128 QB-lıq versiyanın qiyməti isə 870 dollar təşkil edəcək. Bundan başqa, versiyaların hər biri dörd rəng variantında təklif ediləcək.
 
Xatırladaq ki, qeyri-adi smartfon "Android 5.0" mobil əməliyyat sistemi ilə işləyir və 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, dördnüvəli "Snapdragon 801" prosessoru, həmçinin 3 QB əməli yaddaşla təchiz edilib. "Turing Phone" smartfonunda əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kamera isə 8 meqapiksel təşkil edir. Smartfon, həmçinin "NFC" modulu, akselerometr, jiroskop, işıqlandırma ötürücüsü və elektron kompasla təchiz edilib. Qurğunun akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.
 
 
"Turing Phone" smartfonunda danışıqların məxfiliyi mərkəzləşdirilməmiş autentifikasiya texnologiyasının hesabına qorunur.
 
 
Smartfonun daha bir özəlliyi qurğunun artırılmış möhkəmliyidir.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL