waplog

İsveçrədə poçt pilotsuz təyyarələrlə daşınır


İsveçrənin poçt xidməti pilotsuz uçan aparatların (PUA) köməyi ilə yüklərin çatdırılması sisteminin sınaqlarına başlayıb. Sınaqlar iyulun sonunadək davam edəcək, ancaq proqram yalnız 5 il sonra tam işləməyə başlayacaq.
 
 
"ICTnews" elektron xəbər xidməti “kommersant.ru” saytına istinadən bildirir ki, “Swiss Post”un nümayəndələri ilk dəfə ölkə üzrə sınaq rejimində yükləri çatdırmaq üçün nəzərdə tutulmuş pilotsuz təyyarəni rəsmi təqdim ediblər.
 
 
Yüklərin yeni üsulla çatdırılması sınaqları ilə “Swiss Post”, “Swiss WorldCargo” (“Swiss International Air Lines” aviaşirkətinin yük bölməsi) və pilotsuz təyyarələrin istehsalı və proqram təminatının hazırlanması üzrə ixtisaslaşmış “Matternet” şirkəti məşğul olur. İsveçrənin poçtu öz sistemi üçün “Matternet One” modelini seçib: "Bu pilotsuz təyyarə yüngül konstruksiyası ilə seçilir, çəkisi 1 kq-dək yükləri 10 kilometrdən çox məsafəyə daşıya bilir" – “Swiss Post”un nümayəndəsi bildirib.
 
 
Sınaq uçuşları iyulun sonunadək davam edəcək. Sistemin tam işə salınması yalnız 5 il sonra mümkün olacaq. Bu müddətdə poçt xidməti, son nəticədə tənzimləyici orqanlardan ölkə üzrə yüklərin bu üsulla çatdırılmasına icazə almaq üçün pilotsuz təyyarənin və sistemin təkmilləşdirilməsi üzərində işlər aparacaq.
 
 
İndi İsveçrənin poçtu ilk öncə fövqəladə vəziyyətlər zamanı pilotsuz təyyarələrdən istifadə etmək niyyətindədir. Məsələn, təbii fəlakət zamanı ətraf aləmlə əlaqəsi kəsilmiş rayonlara lazımi dərman və başqa kiçik yüklərin çatdırılması üçün istifadə edəcək.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL