“Aztelekom” MMC-yə çevrildi
"Aztelekom" İstehsalat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildi.
"Aztelekom"un MMC-yə çevrilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına uyğun olaraq həyata keçirilib.
Müəssisə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 17 aprel 1996-cı ildə qeydiyyata alınıb.
"Aztelekom" beynəlxalq və şəhərlərarası telefon rabitəsi (sifarişlə beynəlxalq və şəhərlərarası telefon rabitəsi, Video-konfrans rabitə, TACkart universal danışıq sistemi), Bakı şəhəri və Naxçıvan MR istisna omaqla, bütün ölkə ərazisində lокаl telefon rabitəsi (57 yerli Telekommunikasiya müəssisəsinin 89 məntəqəsində 108 mərkəzi və 1129 kənd (qəsəbə) ATS, 23 ATS (38 baza stansiyası) üzərindən 44 bölgə üzrə respublikanın əhali məskunlaşmış ərazisinin 80 %-ində CDMA standartlı simsiz telefon rabitəsi, İP telefoniya və İP-TV xidmətləri) internet xidmətləri (genişzolaqlı və ayrılmış xətlə internet, internetə parolsuz qoşulma imkanı) göstərir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL