waplog

AMEA üzrə Elektron elmin inkişafına dair Fəaliyyət Planı təsdiq olunub


Elektron dövlətin seqmentlərindən biri olan elektron elm Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi daşıyaraq, onların müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid bir onlayn elmi infrastrukturun formalaşdırılması üçün nəzərdə tutulur.
 
 
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev bu fikri AMEA Rəyasət Heyətinin iclasında 2015-ci il üçün AMEA üzrə Elektron elmin inkişafina dair Fəaliyyət Planı haqqında çıxışı zamanı səsləndirib. İTİ-dən bildirilib ki, akademik 2014-cü il üçün AMEA üzrə “Elektron elmin monitorinqi” informasiya sisteminin yaradılması və müvafiq indikatorlar üzrə analizin aparılması kimi bir çox işlərin həyata keçirildiyini diqqətə çatdırıb:
 
“Son zamanlar informasiya texnologiyalarının elmi fəaliyyətin müxtəlif istiqamətlərində tətbiq olunması ilə bağlı kompleks işlər həyata keçirilir. Elektron elmin formalaşması və inkişaf etdirilməsi istiqamətindəki tədbirlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və Milli Strategiyanın icrası üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədardır. Müasir dövrdə ən son texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması və elmdə idarəedici qərarların qəbul edilməsinə dəstəyin təmin olunmasına böyük ehtiyac duyulur”.
 
Alim əlavə edib ki, AMEA-nın Ümumi Yığıncağının 29 aprel 2014-cü il tarixli iclasında akademiyada elektron elmin inkişafı ilə bağlı tədbirlərin görülməsi istiqamətində qərar qəbul edilib.
 
 
R.Əliquliyev Elektron elmin formalaşma vəziyyəti, imkanları və perspektivləri haqqında media vasitələri ilə ictimaiyyətin daim məlumatlandırılması, o cümlədən Elektron elmə dair biliklərin populyarlaşdırılması və təbliğinin zəruriliyini vurğulayıb. Sonda Rəyasət Heyətinin qərarı ilə Fəaliyyət Planı təsdiq edilib.
 
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL