waplog

“LG G4 Beat” smartfonu təqdim edilib


“LG Electronics” şirkəti yeni smartfonunu rəsmi təqdim edib. Cənubi Koreya istehsalçısının smartfon çeşidinə “LG G4 Beat” modeli daxil edilib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni cihaz 1,7 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 615” prosessoru, 64 bitlik arxitektura, “Adreno 405” qrafik sürətləndiricisi ilə təchiz edilib və “Android 5.1.1 Lollipop” mobil əməliyyat sistemi ilə işləyir. 5,2 düymlük  ekranın təsvir ölçüsü 1920x1080 piksel təşkil edir.

Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1,5 və 8 QB-dır. Musiqi, şəkil və başqa məzmunun yadda saxlanılması üçün “microSD” çıxarılıb taxılan daşıyıcılarından istifadə etmək mümkün olacaq.

Əsas 8 meqapiksellik (MP) kamera (bəzi ölkələrdə 13 Mp-lik versiya satılacaq) “LG” şirkətinin qurğuları üçün ənənəvi hal almış lazer avtofokusuna malikdir. Bundan başqa, kamerada rəng ötürmə qabiliyyətini yüksəldən “CSS” (“Color Spectrum Sensor”) adlı xüsusi ötürücüdən istifadə olunur. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.

Qurğunun ölçüləri 142,7x72,6x9,85 mm, çəkisi 139 qramdır. Smartfon 2300 milliamper/saat tutumunda akkumulyator və “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.1”, “NFC”, “GPS/QLONASS” və “LTE” simsiz kommunikasiya vasitələrinə malikdir.

2015-ci ilin iyulunda “LG G4 Beat” smartfonu Avropada satışa  çıxarılacaq.


Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL