waplog

“Samsung” şirkəti smartfonlar üçün 11K təsvir ölçüsünə malik ekran hazırlayır


“Samsung” şirkəti Cənubi Koreya və başqa ölkələrdən 13 tərəfdaş ilə əməkdaşlıq şəraitində smartfonlar üçün 11K təsvir ölçüsünə malik ekran hazırlayır.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, layihə iyunun 1-də istifadəyə verilib və onun reallaşdırılmasına beş il vaxt sərf olunacaq. Layihədə özəl şirkətlərdən başqa, həmçinin Cənubi Koreya hökuməti iştirak edir və innovativ ekranın hazırlanmasına 26.5 milyon dollar məbləğində sərmayə qoyacaq.

Əgər bu ekran yaradılsa, onun təsvir ölçüsü 11264x6336 piksel təşkil edəcək ki, bu göstərici üzrə müasir smartfonların “QHD” ekranlarını dörd dəfə ötəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL