Ötən ay elektron xidmətlərindən ən çox istifadə edilən 3 dövlət qurumu müəyyənləşib
İyun ayında "Elektron hökumət" portalı üzərindən elektron xidmətlərinə ən çox müraciət edilən 3 e-xidmət təchizatçısı müəyyən olunub.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ilk pillədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qərar tutub. Komissiyanın portal vasitəsilə təqdim etdiyi 15 e-xidmətdən ötən ay 598561 dəfə istifadə edilib.
İkinci yerdə ənənəvi olaraq elektron xidmətlərinə böyük maraq müşahidə edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) qərarlaşıb. İstifadəçilər RYTN-in 42 e-xidmətindən 195316 dəfə faydalanıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) isə 6 xidmət üzrə 157712 istifadə sayına görə üçüncü pillədə yer alıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL