Qlobal planşet bazarı yüksək inkişaf mərhələsinə çatıb
Qlobal planşet kompüter bazarı artıq yüksək inkişaf mərhələsinə çatıb.
“Forrester Research” tədqiqat şirkətinin analitiklərinin məlumatına görə, 2014-cü ildə planşetlərin satış həcmi 205,5 milyon təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən (181,4 milyon) 24 milyon çox deməkdir. Cari ildə 217,8 milyon, növbəti üç ildə müvafiq olaraq 229,5, 240,2 və 250 milyon həcmində planşet satışı gözlənilir. Beləliklə, dörd il ərzində qlobal planşet bazarının həcmi 50 milyon artacaq.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklər tələbatın ödənilməsini, qurğuların satış qiymətinin azalmasını və fabletlərin populyarlaşmasını planşet seqmentində artımın qarşısını alan əsas səbəb kimi qeyd ediblər.
“Forrester Research” tərəfindən İT mütəxəssisləri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, bütün dünya üzrə şirkət əməkdaşlarının təxminən 41 faizi iş məqsədi ilə diaqonalı 5 düymdən böyük ekrana malik smartfondan istifadə edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL