waplog

2019-cu ildə “8K” televizorlarının tədarükü 1 milyona yaxınlaşacaq


“IHS” analitik agentliyinin ekspertləri ultra dəqiqlikli yeni nəsil televizorlar (7680 x 4320 piksel təsvir ölçüsünə malik “8K TV”) barəsində optimist proqnoz veriblər.
 
Belə modellərin kommersiya istehsalı hələ ki əlçatmazdır. Bununla belə, analitiklər bildirir ki, Yaponiyada 2020-ci il yay Olimpiya Oyunlarına hazırlıq zamanı “8K” formatında televiziya yayımı işə salındıqdan sonra bu kateqoriyanın kəskin artımını proqnozlaşdırır.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislər hesab edirlər ki, 2015-ci ildə dünyada 2700 ədəd “8K” televizor buraxılacaq və 2019-cu ilədək tədarükün həcmi 1 milyona çox yaxınlaşacaq.
 
Ekspertlər hesab edir ki, Çin coğrafi məkan baxımından “8K” televizorların tətbiqi üzrə aparıcı region olacaq. Gözləntilərə görə, yaxın 3 ildə bu ölkədə “8K” formatlı televizorlar üçün 65 düymlük panellər istehsal edən yeni müəssisələr yaradılacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL