waplog

“Samsung” “Galaxy A8” smartfonunu rəsmən təqdim edib


“Samsung” şirkəti yeni “Galaxy A8” smartfonunu rəsmən təqdim edib. Cənubi Koreya şirkətinin qurğusunun qalınlığı “iPhone 6” ilə müqayisədə 1 mm azdır.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, cihazın korpusunun ölçüləri 158x76,8x5,9 mm, çəkisi 151 qram təşkil edir. Korpus tamamilə metaldan hazırlanıb.
 
“Super AMOLED” ekranının diaqonalı 5,7 düym, təsvir ölçüsü 1920x1080 piksel təşkil edir və 1.5 QHs takt tezlikli səkkiznüvəli “Snapdragon 615” prosessoru ilə təchiz edilib.
 
Həmçinin 2 QB əməli yaddaş, 16 və ya 32 QB fləş yaddaş, 3050 milliamper/saat tutumlu akkumulyator batareyası, müvafiq olaraq 16 və 5 meqapiksellik kameralarla təchiz edilib. “Galaxy A8” smartfonu, həmçinin barmaq izi skanerinə malikdir.





 


Qara, ağ və qızılı rəngli modellər əlçatandır. Aparata “TouchWiz” interfeysli “Android 5.1 Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL