waplog

Azərbaycanda daha bir arayışı elektron qaydada almaq mümkün olacaq


Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayış elektron qaydada veriləcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Daxili İşlər Nazirliyinin Kollegiyası “Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə qərar qəbul edib.
 
Bu xidmət avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üçün elektron müraciətin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq müvafiq arayışın verilməsini nəzərdə tutur.
 
Elektron xidmətin icraçısı qismində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi çıxış edir.
 
Xidmətdən yararlanmaq istəyən istifadəçi ərizə formasını (Əlavə №1) elektron xidmətin təqdim edildiyi internet ünvanından (www.mia.gov.az) yükləyərək doldurmalı və elektron poçt ünvanına (info@mia.gov.az, info@dyp.gov.az) göndərməli olacaq.
 
Prosedura əsasən, istifadəçinin ərizəsində göstərilən məlumatlar informasiya-axtarış bazasının məlumatları əsasında yoxlanıldıqdan sonra müvafiq arayış (Əlavə №2) tərtib olunaraq DİN BDYPİ-nin Müayinə Mərkəzinin və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.
 
Sorğu qeydiyyata alındığı tarixdən 1 iş günü ərzində icra olunur.
 
Sorğunun nəticəsi üzrə tərtib olunmuş arayışın skan edilmiş surəti, həmçinin arayışın əslinin verilməsinin tarixi, vaxtı və yeri barədə məlumat istifadəçinin elektron poçt ünvanına göndərilir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL