waplog

Mobil ödənişlərin gələcəyini müəyyənləşdirən 9 trend


Cari ilin iyununda "​MEF" şirkəti sayca üçüncü "Global Mobile Money" illik hesabatını çıxarıb. 15 ölkədən 15 min mobil istifadəçi iştirak edib. Hesabata əsasən, mobil bankçılıq və mobil ticarət inkişafa davam edir.
Mobil ödənişlər bazarının gələcəyini dəyişdirmək üçün nəzərdə tutulmuş 9 trendi təqdim edirik:

  1. Mağaza daxilində ödənişlər nəzərə alınmasa da, yaxın tendensiyalar haqda xəbər verir. Son 6 ayda respondentlərin 20 faizi kontaktsız ödəniş edib. Rəyi soruşulanların 4 faizi bu ödənişi "NFC", 7 faizi "plugandplay" və ya satıcının POS-terminal qurğusu vasitəsilə edib.
 
  1. İstifadəçilər mobil pul kisəsi haqda az məlumatlıdır. Respondentlərin 18 faizi mobil pul kisəsinin nə olduğunu bilmir, 15 faiz onu məqsədəuyğun hesab etmir və digər 15 faiz iddia edir ki, onun tanışlarından heç biri mobil pul kisəsindən istifadə etmir.
 
  1. Kommersiyanın gələcəyi sosial şəbəkələrlə bağlıdır. "Fiçerfon" istifadəçilərinin 24, smartfon istifadəçilərinin isə 15 faizi bildirib ki, sosial şəbəkənin səhifəsi mobil satınalmalar üçün bir nömrəli ticarət meydançasıdır.
 
  1. İstifadəçilərin inamsızlığı mobil ödənişlərin inkişafına mane olur. Respondentlərin 11 faizi mobil ödənişlərin təhlükəsizliyinə etibar etmir, 9 faizi fərdi məlumatların itkisindən narahatçılıq keçirir, 6 faiz isə satıcılara etibar etmir.
 
  1. İstifadəçilər messencerlərə bir növ mağaza vitrinləri kimi baxır. İstifadəçilərin messencerlərdə çox vaxt keçirdiyini nəzərə alan tədqiqatçılar əmindirlər ki, messencerlər tezliklə ticarətin əsas dayağı olacaq.
 
  1. İkinci ekran – alış-veriş üçün növbəti imkandır. Respondentlərin 94 faizi smartfonla paralel digər media mənbədən istifadə edir. Bu media mənbə 42 faiz halda televizordur.
 
  1.  Ənənəvi mağazaların yeni görkəm alması. Rəyi soruşulmuşların 56 faizi bildirib ki, mobil axtarış prosesində satın almaq istədikləri əşyanı taparaq bundan sonra onu ənənəvi mağazadan satın alırlar".
 
  1. Bank xidmətlərinə aludəçilik. Mobil istifadəçilərin 69 faizi öz telefonunda müxtəlif bank xidmətlərindan istifadə edir. Onların 28 faizi balansı yoxlayır, 18 faizi tez-tez hesablar arasında pulköçürməsi həyata keçirir, 16 faizi digər şəxslərə pul köçürür, 9 faizi kredit üçün sifariş verir.
 
  1. Autentifikasiyanın sadəliyi və əlverişlik məsələsi. Respondentlərin 22 faizi bildirib ki, mobil ödənişdən istifadə çox rahatdır. Ödəmə provayderləri tranzaksiyalar zamanı əməliyyatların sayını azaltmaq üçün mümkün olanı edirlər.
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL