waplog

“Yüksək Texnologiyalar Parkı”nın İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir


"Yüksək Texnologiyalar Parkı”nın tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlanma işləri, habelə Parkın infrastrukturunun qurulması üçün layihələndirmə işləri memarlıq şirkəti ilə birlikdə təsdiq edilərək iş qrafikinə uyğun həyata keçirilib. Bundan başqa, ərazinin Baş plan cizgiləri tam işlənib hazırlanıb. Habelə ilkin təsərrüfat binasının layihəsi hazırlanaraq təsdiq edilib. Layihə əsasında tikintisinin başa çatdırılması və  sentyabr ayının ortasına inzibati binanın təməl qoymasının keçirilməsi gözlənilir.
 
6 ay ərzində Yuksək Texnologiyalar Parkında yaradılan “PİCampus” Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilib. Hazırda İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir. Cari ilin 29 iyun tarixindən “YT Park” MMC-nin yeni layihəsi olan “Code Academy” proqramı fəaliyyətə başlayıb.
 
Həmçinin hesabat dövründə “YT Park” MMC Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər uzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunmuş və təşkilatın müşahidəçi üzvü secilmiş, MMC-nin Müşahidə Şurası haqqında Əsasnamə təsdiq olunmuş, habelə innovativ sahibkarlığın təbliği və dəstəklənməsi məqsədilə yerli və xarici tərəfdaşlarla birlikdə müxtəlif xarakterli seminar, konfrans və digər tədbirlər keçirilib.
 
 
Eyni zamanda bildirmək  istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli Fərmanı ilə RYTN-in  tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılması qərara alınıb. Nazirlər Kabinetinin 10 iyul 2015-ci il tarixli 264 saylı qərarı ilə Mingəçevir YT Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən idxal edilən qurğuların hissə və ləvazimatlarında  gömrük rüsumlarında güzəştlər nəzərdə tutulub.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL