Nadir “Enigma” şifrləmə qurğusu 232 min dollara satılıb
"NBC News" nəşri yazır ki, Londonda "Sotheby's" hərracında 1943-cü ilə məxsus yığcam "Enigma" şifrləmə qurğusu satılıb.
Qurğunun yekun dəyəri gözləntiləri alt-üst edib. Məxfiliyini saxlamaq istəyən qurğunun yeni sahibi "Enigma" şifrləmə qurğusunu 149 min funt (təxminən 232 min dollar) məbləğində qiymətləndirib.
Təşkilatçı qurğuya böyük marağı cihazın yaxşı vəziyyətdə olması ilə izah edib.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yığcam "Enigma" şifrləmə qurğusu 1919-cu ildə patentlənib və öncə dünyanın bir çox ölkələrində kommersiya və hərbi məqsədlər naminə istifadə olunub. Məxfi mesajlar göndərməyə imkan verən qurğu İkinci Dünya müharibəsi zamanı faşist Almaniyasında xüsusilə populyar olub. "Enigma" şifrləmə qurğusunun alqoritmi ilk dəfə 1938-ci ildə açılıb, bundan sonra alman mühəndisləri konstruksiyanı mürəkkəbləşdiriblər.
"Enigma" qurğusu tərəfindən generasiya olunan mesajların deşifr edilməsi üzərində dünyanın bir çox riyaziyyatçıları işləyib. Kodu oxumağa imkan verən ilk qurğunu İkinci Dünya müharibəsindən əvvəl polyaklar yığıb.
Bundan sonra deşifr üçün "Bombe" adlı elektron-mexaniki qurğular hazırlanıb. İngilis alimi Alan Tyurinq bu qurğuların yaradılmasında aktiv iştirak edib. Alim bundan sonra öz həllini dünyanın ilk elektron hesablama maşınlarından biri olan "Kolos" qurğusunda tətbiq edib.
Ümumilikdə təxminən 100 min "Enigma" qurğusu buraxılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL