Azərbaycanda elektron ticarətin həcmi 6 ay ərzində 6 milyon manat olub
Azərbaycan Dövlət Statistika Komitəsi bu ilin yanvar-iyun ayları üzrə ölkədə həyata keçirilən elektron ticarətin həcmini açıqlayıb.
Komitədən verilən məlumata görə, cari ilin birinci yarısında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 6,0 milyon manat təşkil edib.
Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93,0 faizini hüquqi şəxslərin, 7,0 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb.
Elektron ticarət dövriyyəsinin 96,5 faizini qeyri-ərzaq malları təşkil edib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL