waplog

ƏMDK: “Elektron xidmətləri istifadəyə verməkdə məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir”


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ildə vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 75 mindən çox elektron xidmət göstərilib.

Ümumilikdə indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 220 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub.
Hazırda komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 2 onlayn xidmət vətəndaşların istifadəsindədir.
 
Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Bu xidmətlərdən 2-si bu ilin əvvəlində istifadəyə verilib. Həmin xidmətlər isə Nazirlər Kabinetinin iyun ayında verilmiş müvafiq Qərarı ilə təsdiq edilib.
 
Bunlara  “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” və “İxtisaslaşdırılmış  pul  hərraclarında  sifarişlərin və sənədlərin elektron qəbulu” aiddir. Komitədən     qeyd edilib ki, bu il yeni elektron xidmətləri istifadəyə verməkdə məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir:
 
“Təqdim edilən onlayn və elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə çevik elektron xidmətlər əldə etmələrinə şərait yaradır.”
 
 
 
 
Həqiqət İSABAL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL