Dünya smartfon bazarının rüblük həcmi 304 milyon aparat təşkil edib
“TrendForce” analitiklərinin qiymətləndirməsinə əsasən, 2015-ci ilin ikinci rübündə qlobal smartfon tədarükü ötən rüblə müqayisədə yalnız 1,9 faiz yüksələrək 304 milyon təşkil edib.
Cari ilin ikinci yarımilliyində yeni qabaqcıl modellərin çıxışına başlanmış hazırlıq fonunda tədarük artımı zəifləyib.
Bununla belə Çin şirkətləri ən yaxşı dinamika nümayiş etdiriblər. May bayramları ərəfəsində ölkədə tələbatın yüksəlməsi və Çin brendlərinin xarici bazarlara çıxması buna imkan yaradıb. Ekspertlərin məlumatına görə, ötən rüb Çin şirkətləri 126 milyon smartfon tədarük edib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung” əvvəlki kimi dünya smartfon bazarının lideridir.
Bu ilin aprel-iyununda Cənubi Koreya nəhənginin bazar payı 26,8 faiz səviyyəsində olub və yanvar-martla müqayisədə dəyişməyib.
Çin şirkətləri ucuz aparatlar seqmentində möhkəmləndiyindən “Samsung” şirkətinin bazar payını artırmaq şansı daha da azalır. Lakin yeni “Galaxy Note 5” fableti vəziyyəti dəyişdirə bilər.
Hesabata əsasən, ikinci smartfon istehsalçısı olan “Apple” korporasiyası “iPhone 6” və “iPhone 6 Plus” modellərinin populyarlığı fonunda hətta bazarda geriləmə dövründə uğur əldə etməyə nail olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL