2020-ci ilədək 25 milyardadək şəbəkə qurğusu olacaq
BTİ-nin "Telekommunikasiya sahəsinin islahatları istiqamətində Tendensiyalar, 2015-ci il" son hesabatında İKT-nin sürətlə dəyişən vəziyyəti qeyd olunub – qurğu və xidmətlərin sayı artır, genişzolaqlı birləşmələrin qurulması imkanı daha geniş yayılır və "Əşyaların interneti” hiperbirləşmiş dünyası reallaşmağa başlayır.
"Telekommunikasiya sahəsinin islahatları istiqamətində Tendensiyalar, 2015-ci il" hesabatında bildirilir ki, gələcəkdə şəbəkə trafiki milyardlarla birləşdirilmiş qurğu, məhsul və sensorlar tərəfindən generasiya edilən kompüterlərarası (M2M) trafiklə müəyyən ediləcək.
Gözləntilərə görə, 2015-ci il ümumilikdə bir milyard simsiz “IoT” qurğularının müxtəlif növü tədarük ediləcək ki, bu da 2014-cü ilin göstəricisindən 60 faiz daha yüksəkdir və nəticədə 2015-ci ilin sonuna 2,8 milyard birləşdirilmiş qurğudan ibarət proqnozlaşdırılan baza yaradılacaq. Qiymətləndirmələrə görə, 2015-ci ilin əvvəlində daşınan qurğuların sayı 109 milyona yaxınlaşıb.
Proqnozlara görə, 2020-ci ilədək 25 milyardadək şəbəkə qurğusu mövcud olacaq. Gəlirlərə gəldikdə isə 2019-cu ilə “IoT” bazarının həcmi 1,7 trilyon ABŞ dollarına yaxınlaşacaq.
2015-ci ildə planşetlərə tələbat 234,5 milyon səviyyəsində olacaq. Hərçənd ki proqnozlara görə, dünyada fərdi kompüter və noutbukların qlobal tədarükü azalacaq, analitiklər hesab edir ki, 2015-ci ildə dünyada smartfon satışının həcmi 1,4 milyard təşkil edəcək.
Sosiallaşan dünya
2015-ci ilin yanvarında dünyanın sosial şəbəkələrində aktiv hesabların sayı 2,07 milyarddan çox təşkil edib, həm də bu göstəricinin 81 faizi mobil sosial şəbəkələrin aktiv hesablarının payına düşüb. Sosial şəbəkələrin aktiv istifadəçiləri sosial platformalarda gün ərzində orta hesabla iki saat 25 dəqiqə vaxt keçirir.
Fiziki və rəqəmli dünya arasında fərqin ortadan qaldırılması yeni iqtisadi perspektivlər vəd edir, amma tənzimləyici orqanlar üçün bir çox yeni sosial məsələ və problemlər yaradır. İstehlakçılara yeni imkanlar təqdim edilir, amma onlar, həmçinin öz şəxsi həyatı və fərdi informasiyasının toxunulmazlığı üzərində nəzarəti itirmək təhlükəsi ilə üz-üzədirlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL