waplog

Rasim Əliquliyev Hesablama Texnikası Assosiasiyasının əməkdar üzvü seçilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Hesablama Texnikası Assosiasiyasının (Association for Computing Machinery – ACM) əməkdar üzvü seçilib.
 

AMEA-dan bildirilib ki, ACM-in üzvlərinin 25 faizini təşkil edən əməkdar üzvlüyə iş təcrübəsi ən azı 10 il, davamlı peşəkar üzvlüyü beş il olan, yüksək elmi nailiyyətləri ilə fərqlənən üzvlər seçilirlər.
 

1947-ci ildə əsası qoyulmuş ACM dünyanın kompyuter mühəndisliyi, kompyuter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək verən, İKT üzrə mütəxəssislərin formalaşmasına kömək edən ən böyük elm və təhsil cəmiyyəti hesab olunur. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri araşdırmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, professional şəbəkə imkanları təmin etməklə üzvlərinin özünüinkişafına şərait yaradır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL