waplog

Qeyri-neft sektorundan büdcəyə gələn vəsaitin miqdarı artıb


2015-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 85,0 faiz və yaxud 8577,9 mln. manat icra olunub, qarşıya qoyulmuş bütün əsas öhdəliklər yerinə yetirilib.
 
 
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 4423,2 mln. manatı və yaxud 51,6 faizi cari xərclərə yönəldilib. Cari xərclər əsasən büdcə təşkilatlarında çalışanların əməkhaqqını, təqaüdlər və sosial müavinətləri, kommunal və kommunikasiya, abadlaşdırma xidmətləri haqqının ödənilməsini və digər zəruri xərcləri əhatə edir.
 
 
Dövlət büdcəsi xərclərinin 3855,3 mln. manatı və yaxud 44,9 faizi əsaslı xərclərə yönəldilib. Əsaslı xərclər ölkədə həyata keçirilən sosial və infrastruktur layihələrin, əsas vəsait, qurğu və avadanlıqların, xüsusi dövlət alışlarının və digər əsaslı ödənişlərin maliyyələşdirilməsinə sərf edilib.
 
 
Qeyd edək ki, 2015-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7807,2 mln. manat, xərcləri 8577,9 mln. manat olub, 770,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 7717,0 mln. manat proqnoza qarşı 7807,2 mln. manat və yaxud 1,2 faiz çox olub. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3328,8 mln. manat vəsait təmin edilib.
 
Həmin vəsaitin 68,3 faizi və yaxud 2275,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.
 
 
Maliyyə Nazirliyi bildirir ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 110,1 mln. manat təşkil edib.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL