waplog

Xorvatiya elektron hökumət istiqamətində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir


“Azərbaycanda ölkə Prezidentinin tapşırığına əsasən elektron hökumətin qurulması və inkişaf etdirilməsi təqdirəlayiq haldır və bu, bizim tərəfimizdən yüksək qarşılanmır. Eləcə də elektron məhkəmənin qurulması mühüm addımlardan biridir. E-məhkəmənin tətbiqi üzrə tədbirlər görüldüyündən, Xorvatiyada bu sahədə aparılan işlərə dair prezentasiya təşkil edilib, konkret istiqamətlər üzrə əməkdaşlığa dair razılıq əldə olunub”.
 
Bu fikirləri Xorvatiyanın ədliyyə naziri Orsat Milyeniç bildirib. O.Milyeniç, ədliyyə naziri Fikrət Məmmədovla baş tutan görüşündə dövlətlərimizin ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
 
Ölkələrimiz arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayan O.Milyeniç e-hökumət istiqamətində görülən işlərdən söz açıb.
 
Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən O.Milyeniç həm e-məhkəmə, həm də hüquqi islahatlar istiqamətində ediləcək əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağına inamını ifadə edib.
 
 
Səfər çərçivəsində ədliyyə naziri F.Məmmədov bu ölkənin Ali Məhkəmənin sədri Branko Hrvatin ilə də görüşüb. Görüşdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, infrastrukturun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron məhkəmənin tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, o cümlədən səlahiyyətlərinin genişləndirilməsi və digər aktual məsələlər müzakirə edilib.

B.Hrvatin ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın dinamik inkişafını qeyd edərək Azərbaycanda dəfələrlə səfərdə olduğunu, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumunda və insan hüquqları ilə bağlı beynəlxalq konfransda iştirakını ən xoş təəssüratlarla xatırladıb, bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL