Prosessinq mərkəzi “Telefon bankçılıq” xidmətini işə salıb
“AzeriCard” prosessinq mərkəzi məsafəli xidmət olan “Telefon bankçılıq” (Phone Banking) xidmətini istifadəyə verib.
“ICTnews” elektron xəbər xidmətinin prosessinq mərkəzinə istinadən verdiyi məlumata görə, bu xidmətin köməyi ilə müştəri xidmətinə zəng vuran kart sahibləri operator ilə əlaqə yaratmayaraq öz kartı ilə bir sıra əməliyyatları etmək imkanına sahib olur. Belə ki, sözügedən xidmət vasitəsi ilə balansı yoxlamaq, kartı bloklaşdırmaq, bloklaşmış PIN kodu açmaq və “SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq mümkündür.
Növbəti mərhələdə yeni PİN kodun təyin olunması (PIN Set) və mövcud olan PİN kodun yenisi ilə əvəz olunması (PIN Change) kimi funksiyaların əlavə edilməsi planlaşdırılır.
Gələcəkdə isə kart transfer funksionallığını da xidmətə əlavə etmək nəzərdə tutulur.
Məsafəli xidmətin telefon nömrələri: 194, *2273, 5984697, 5984376.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL