Mobil proqramlar Hindistanda 600 min iş yeri yaradacaq
Mobil inqilab Hindistanda yalnız şəbəkəyə çıxışın yayılması baxımından deyil , həm də məşğulluq baxımından əlverişli təsirə malikdir. “Mobile Association of India”nın (“IAMAI”) məlumatına əsasən, növbəti iki ildə ölkədə mobil proqramların hazırlanması ilə bağlı 600 min iş yeri yaradıla bilər.
“ICTnews” elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, “IAMAI” tərəfindən keçirilmiş tədqiqata əsasən, indi Hindistanda 75 min nəfər mobil proqram hazırlamaqla məşğuldur.
Hindistanda smartfonların nüfuzetmə səviyyəsinin 10 faiz təşkil etməsinə baxmayaraq, ölkədə aylıq 100 milyon mobil proqram yüklənir.
Hindistanda “SIM” kartların sayı 35 milyondan (2012) 272 milyonadək (2017) artmalıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL