waplog

Ölkədə yaradılan azad internet mühiti Azərbaycan mətbuatını inkişaf etdirir


Azərbaycanda internet azadlığı var. Hər bir insan üçün sərbəst şəkildə internetə çıxış və informasiyaların əldə edilməsi və ötürülməsi üçün bütün lazımi şərait yaradılıb.

Bu da ölkədə yeni medianın yaranmasına və sürətlə inkişaf etməsinə gətirib çıxardıb. Hazırda respublika ərazisində kifayət qədər xəbər saytı fəaliyyət göstərir. Onların oxucularının günü-gündən artması göstərir ki, həm əhali arasında  internet istifadəçiləri çoxalır, həm də internetdən əldə edilən informasiyalara inam böyüyür.

"ICTnews.az"-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib.
 
V.Səfərli Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına verdiyi müsahibəsində bildirib ki, bu gün internet azadlığı şəraitində ölkədə söz və mətbuat azadlığına hansısa maneə yoxdur. Ona görə də jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdırırlar:
 
"Mətbuat cəmiyyətin aynasıdır. Bu mənada, mətbuat dövlətin iqtisadi imkanlarına və ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Yeni mediaya, internet üzərindən yayılan KİV-ə də dəstək göstərilir. Bunun nəticəsi olaraq Azərbaycan mətbuatı inkişaf yolundadır".
 
 
V.Səfərli qeyd edib ki, hüquqi dövlət və açıq cəmiyyət quruculuğu yolunu seçən respublikamızın qlobal informasiya məkanına daxil olması cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun şəkildə ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə və müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ehtiyac yaradır:
 
 "Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı düzgün dəyərləndirən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirir".
 
 
SEYMUR
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL