waplog

“Bakcell”-dən “Hər gün möcüzə”


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti bu gündən etibarən “GəlirliCIN” tarifində olan abunəçiləri üçün “Hər gün möcüzə” adlı yeni kampaniyaya start verir.

Kampaniyanın mexanizmi abunəçilərə gün ərzində xərclədikləri bütün məbləği növbəti gün bonus şəklində balanslarına geri qaytarmağa imkan verir. Bu kampaniyadan “GəlirliCIN” tarifidə olan bütün mövcud, eləcə də yeni qoşulan abunəçilər yararlana bilərlər.
 
Hazırda “GəlirliCIN” tarifində olan bütün abunəçilər bu təklifə miqrasiya olunaraq dərhal daha ucuz qiymətlər və daha iri bonuslardan faydalana biləcək, istənilən istiqamətdə ölkədaxili zəng, SMS, MMS və mobil internet üçün xərclədikləri məbləği 100% olmaq şərtilə növbəti gün bonus şəklində geri alacaqlar. Bu kampaniya çərçivəsində əldə olunan bonus balansını abunəçilər istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanılması və eyni zamanda mobil internet üçün istifadə edə bilərlər. Bonus internet paketini almaq üçün istifadə oluna bilməz. “Bakcell” şirkəti eyni zamanda “GəlirliCIN” tarifində 25%-lik endirim tətbiq edərək ölkədaxili danışıqların bir dəqiqəsi üçün qiyməti 8 qəpikdən 6 qəpiyə endirib. Gündəlik bonus alındığı günün sonuna qədər istifadə olunmalıdır. Bonusun istifadə olunmamış qalığı növbəti günə keçirilmir.
 
Qeyd edək ki, “GəlirliCIN” tarifində olan bütün abunəçilər yeni və daha sərfəli olan bu kampaniyaya avtomatik şəkildə miqrasiya olunacaqlar. Digər tariflərdə olan abunəçilər isə “GəlirliCIN”-ə qoşularaq bu kampaniyadan faydalana bilərlər.
 
 
“GəlirliCIN” tarifinə qoşulmaq üçün *138*3#YES kodunu yığmaq yetərlidir. Tarif barədə ətraflı məlumatı “www.bakcell.com” saytından və ya *555#YES kodunu yığaraq “GəlirliCIN” tarifini seçməklə əldə etmək olar. Tarifə qoşulduqdan sonra gündəlik bonus balansını yoxlamaq üçün “3” rəqəmini SMS vasitəsilə 5504 qısa nömrəsinə yollamaq lazımdır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL