Dünya mobil məlumat ötürmənin həcmi 52 milyon terabaytadək artacaq
Cari ilin yekunları üzrə dünya mobil məlumat ötürmə trafikinin həcmi 2014-cu ilin göstəricisi ilə müqayisədə 59 faiz artaraq 52 milyon terabayta çatacaq. “Gartner” analitik şirkətinin proqnozuna görə, sürətli artım mobil şəbəkələrdə 173 milyon terebaytın ötürüləcəyi 2018-ci ilədək davam edəcək.
“2018-ci ilədək dünyada mobil məlumat ötürmənin həcmi üç dəfədən çox artacaq. 2018-ci ildə yeni sürətli data qoşulmaların (3G/4G) həcmi sürətlə olmasa da, 2015-ci ildəki 3,8 milyarddan 5,1 milyardadək yüksələcək”, - "Gartner”in tədqiqatlar üzrə direktoru Cessika Ekholm bildirib.
Analitiklər bildirib ki, operatorlar istifadəçilər ilə münasibətlərdə yanaşmaya yenidən baxmalıdır. Dünyada mobil videodan istifadə artır və şirkətlər tərəfindən tarif planlarına daxil edilən məlumatların həcminin çoxaldılması tələb olunur.
C.Ekholmun sözlərinə görə, hazırda videoya baxmaq üçün data trafikdən istifadənin payı 50 faiz təşkil edir. 2018-ci ildə onun 60 faizədək artacağı gözlənilir. “Odur ki, provayderlərin istehlakçılara videoya baxmaq üçün ən yaxşı imkanlar təqdim edəcəyini gözləmək lazımdır”, - şirkətin tədqiqatlar üzrə direktoru qeyd edib.
O vurğulayıb ki, bunun üçün videonun və kontentin optimallaşdırılması texnologiyalarına ehtiyac duyulur. Onun sözlərinə görə, video trafik və ümumi məlumat ötürmə həcmini bölməklə bu xidmətlər üçün müxtəlif məhdudiyyətlərin müəyyənləşdirilməsi onların populyarlığını artıracaq və mobil operatorların mədaxilini çoxaldacaq, - "Delo” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL