Bakıda “Juniper Networks” və “Grandstream” şirkətlərinin həlləri üzrə seminar keçirilib
Bu gün Bakıda “Juniper Networks” və “Grandstream” şirkətlərinin ən son həllərinin nümayişinə həsr edilmiş seminar keçirilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin təşkilatçısı bu ilin fevral ayından etibarən Bakıda fəaliyyətə başlayan Ukraynanın “Muk” şirkəti olub.
Bu gün artıq kompüter texnikasının, şəbəkə və s. avadanlıqların distribüsiyası ilə məşğul olan şirkətin 12 yerli tərəfdaşı var. Bu, “Alcatel-Lucent”, “APC”, “Cisco”, “DELL”, “Grandstream”, “HP”, “Huawei”, “Oracle”, “Hitachi”, “Vmware”, “ZyXEL” və “Microsoft” şirkətləridir.
“Juniper Networks” şirkəti virtual şassi (Virtual Chassis) kimi unikal texnologiya ilə təchiz edilmiş yeni növ şəbəkə marşrutizatorları haqda bəhs edib. Bu texnologiya 10 kommutatoru birləşdirərək onları vahid bir qurğu kimi idarə etmək imkanına malikdir.
“Juniper Networks”un məhsulları arasında kiçik və orta biznes, həmçinin, mobil rabitə operatorları kimi iri data mərkəzlər üçün avadanlıqlar var.
Daha sonra “Grandstream” şirkətinin nümayəndəsi Ukraynada, Qazaxıstanda, Gürcüstanda mövcud olan tərəfdaşlıq sazişləri və Azərbaycanda lokal şirkətlərlə əməkdaşlığa hazır olduğunu bildirib. “Grandstream” şirkəti əsasən VoIP, SIP-telefoniya və videokonfrans rabitə sistemlərinin istehsalı sahəsində fəaliyyət göstərir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL