“Ultra HD” panellər bazarının həcmi ədədi ifadədə 5.7 milyona çatacaq
“Transparency Market Research”-ün proqnozuna görə, 2020-ci ilədək “Ultra HD/4K” düz ekranlı televizorlar bazarının həcmi 30,4 milyard dollara yaxınlaşa bilər. Bu, 2013-2020-ci illərdə 12.6 faiz orta illik artım tempi deməkdir: 2013-cü ildə bazarın həcmi 12,88 milyard dollar təşkil edib.
“ICTnews” elektron xəbər xidməti “tdaily.ru” saytına istinadən bildirir ki, beş il sonra “Ultra HD” panellər bazarının həcmi ədədi ifadədə 5.7 milyon təşkil edəcək və bu, 9.2 faiz orta illik artım deməkdir. Hesabatda tibb və dövlət təşkilatları daxil olmaqla kommersiya sektorunda “UHD” televizorlardan istifadənin artımı qeyd edilib.
Olimpiya oyunları və ya futbol üzrə dünya çempionatı kimi idman oyunları “Ultra HD” formatının irəliləyişində böyük rol oynayır.
“UHD” bazarının ən böyük və aparıcı bazarı Şimali Amerikadır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL