90 gün müddətində şarjsız işləyən telefon təqdim edilib
90 gün müddətində şarjsız işləyə biləcək kiçik ölçülü telefon istehsal ediləcək.
Bu unikal telefonun isthesalı üçün lazımı vəsait “Kickstarter” sistemi vasitəsi ilə toplanılacaq.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Janus One” 1500 milliamper/saat tutumlu batareya ilə təchiz edilib, bu halda qurğu enerji sərf edən funksiyaların əksəriyyətindən məhrum edilib. Belə ki aparat kiçik “OLED” ekran, klaviatura, “Bluetooth 3.0” modulu, “G-sensor” ilə təchiz edilib.
Bundan başqa, telefon “micro-SIM” kartından istifadə edərək yalnız “GSM” şəbəkələrində işləyə bilər.
Qurğunun qiyməti 69 dollar təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL