Kənd təsərrüfatında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün qrant alına bilər
Yaponiya Azərbaycana kənd təsərrüfatı sahəsində tətbiq olunan informasiya-kommunikasiya texnologiyalarının alınması üçün qrant ayıra bilər.
“ICTnews.az”ın məlumatına görə, bu mövzuda kənd təsərrüfatı naziri Heydər Əsədov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə danışıqlar aparılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sözügedən görüşdə bir neçə mövzu ilə yanaşı kənd təsərrüfatı sahəsində istifadə olunan mütərəqqi texnologiyalar istiqamətində fikir mübadiləsi keçirilib.
Görüşün məqsədi “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair imzalanacaq notanın müzakirəsi olub.
Nazir Heydər Əsədov Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında imzalanmış Notalar Mübadiləsinə əsasən Yaponiyanın 2KR proqramı çərçivəsində ayırdığı qrantlar, eləcə də Tərəfdaşlıq Fonduna və Dövriyyə Hesabına toplanmış vəsaitlər hesabına ümumilikdə 1637 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikalarının alınaraq lizinq yolu ilə kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərin istifadəsinə verildiyini qonağın diqqətinə çatdırıb.
Nazir bildirib ki, bazar iqtisadiyyatına keçid dövründə 2KR proqramı Azərbaycan üçün olduqca uğurlu olub və kənd təsərrüfatının inkişafında xüsusi rol oynayıb.
Yaponiya hökumətinin ayırdığı qrantlar və Tərəfdaşlıq Fonduna toplanan vəsait hesabına müasir kənd təsərrüfatı texnikaları alınıb və onların tətbiqi nəticəsində aqrar sahənin texniki təminatı yaxşılaşıb, texnika parkı mütərəqqi texnologiyalar əsasında hazırlanan texnika və avadanlıqlarla təchiz olunub.
Nazir qeyd edib ki, 2KR proqramı fermerlərin kənd təsərrüfatı texnikalarına olan tələbatının ödənilməsində, texniki servis xidmətlərinin təşkilində, əlavə iş yerlərinin yaradılmasında, kənddə sahibkarlıq fəaliyyətinin inkişafında, fermerlərin maddi rifah halının yaxşılaşmasında böyük rol oynaylıb.
Nazir “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair imzalanacaq notanı hər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.
Səfir Tsuquo Takahaşi Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin istehsal etdiyi avadanlıqların ölkədə aqrar sahənin inkişafına və ərzaq təminatına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL