waplog

“HTC” şirkəti mobil əməliyyat sistemi almağı planlaşdırır


Tayvanın elektronika istehsalçısı “HTC” şirkəti mobil əməliyyat sistemi almağı planlaşdırır. Bu barədə şirkətin həmtəsisçisi Şer Vonqun bəyanatına istinadən “CNA” agentliyi xəbər verib.

Vonq bildirib ki, əməliyyat sistemini alma məsələsi artıq “HTC” rəhbərliyi tərəfindən müzakirə edilib, lakin qəti qərar hələ ki qəbul edilməyib.

Hal-hazırda “HTC” şirkəti “Windows Phone 7” və “Android” əməliyyat sistemləri əsasında olan smartfonlar istehsal edir.

“Android” ilə olan aparatlara şirkət şəxsi “HTC Sense” örtüyünü quraşdırır, bu isə əməliyyat sisteminin standart imkanlarını genişləndirir.

“Bada” əməliyyat sisteminə malik olan “Samsung”dan fərqli olaraq “HTC” şirkəti şəxsi əməliyyat sisteminə malik deyil. “HTC” şirkəti üçün ən əlverişli variant “Hewlett-Packard” (HP) şirkətinə aid olan “webOS” mobil platformasıdır.

Xatırladaq ki, avqustun ortasında “HP” şirkəti elan edib ki, “webOS” ilə işləyən smartfon və planşetlərin istehsalını dayandırır. Şirkətin əməliyyat sisteminin hüquqlarını digər istehsalçıya verməyi planlaşdırması bildirilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL