Çin oyun konsollarının satışına icazə verəcək
Çin hakimiyyəti videooyunlar üçün konsolların istehsalı və satışına qoyulan qadağanı ləğv edəcək. Yeni qaydalar həm yerli, həm də xarici şirkətlərə şamil olunacaq.
Bildirilir ki, hökumətin bu addımı ABŞ-ın “Microsoft” və Yaponiyanın “Sony”, "Nintendo” kimi istehsalçılarına məhsullarını (müvafiq olaraq Xbox, PlayStation və Wii) onlar üçün ən perspektivli bazarlardan birində satmağa imkan verəcək.
Əvvəllər xarici oyun konsolu istehsalçılarına yalnız Şanxay azad ticarət zonasında fəaliyyət göstərməyə icazə verilib və bununla əlaqədar Çin bazarında kompüter və mobil oyunlar yayılmağa başlayıb.
Çində oyun konsollarının satışına məhdudiyyət hökumətin onların ölkə ərazisində yayılmasını qadağan etdiyi 2000-ci ildən tətbiq edilib. Qərar oyun konsollarının Çin gənclərinə mənfi təsir göstərməsi ilə izah edilib.
“Newzoo BV” analitik şirkətinin məlumatına görə, Çinin oyun bazarı, o cümlədən mobil oyunlar və konsolların satışı bu ilin sonunadək 22,2 milyard dollara çatacaq. Artımın 2014-cü illə müqayisədə 23 faiz təşkil edəcəyi bildirilir, - "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL