waplog

“Wi-Fi” şəbəkəsi çay evlərinin müştərilərinin sayını artırıb


Əvvəllər Bakıda kafe, restoran və çay evləri arasında rəqabət xidmət keyfiyyətinə görə fərqlənirdisə, indi internetə simsiz daxil olmaq üçün “Wi-Fi” şəbəkəsi olması da əlavə üstünlük sayılır.

“Nərtaxta” çay evinin baş inzibatçısı Anar Xəlilovun sözlərinə görə, çay evinə daxil olan müştərilərə internetə daxil olması üçün onlara parol verildiyini bildirdi.

“Bu paroldan istifadə edən hər bir kəs yüksək keyfiyyətlə internetə daxil olub, xidmətdən istifadə edə bilərlər.

Bu xidmət daha elit müştərilərimizin artmasına təsir edib” - deyə o bildirdi. “Fincan” və “Bizim Qala” çay evləri də bu xidməti yaratmaqla əlavə üstünlüklər qazandıqlarını bildirdilər.

“Hotnet” şirkətindən isə bildirdilər ki, həqiqətən də “Wi-Fi” şəbəkəli xidmət mərkəzlərinin sayı artmaqdadır. Qeyd edək ki, bu xidmətin təşkili, obyektin ərazisinə görə qiymətlər dəyişir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL